Toğrul Əsgərov yığmadan niyə kənarlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Toğrul Əsgərov yığmadan niyə kənarlaşdırıldı

İdman

20 İyun 2019 11:45 1649


Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək güləş üzrə Azərbaycan yığmasının heyətində dəyişlik edilib.

Olimpiya çempionu Toğrul Əsgərov sözügedən yarışda iştirak etməyəcək. Buna səbəb isə güləşçinin fiziki hazırlığının yerində olmamasıdır. Əsgərov bu səbəbdən millinin heyətindən kənarlaşdırılıb.

Çəki problemi yaşayan sərbəst güləş üzrə millimizin kapitanı Cəbrayıl Həsənov da eyni aqibətlə üzləşib.  pizza mizza

Toğrul Əsgərov yığmanın heyətində yer almamasıilə bağlı "Qafqazinfo"ya açıqlamasında bildirib: "Hələ ki, tam formada deyiləm. Ona görə də Avropa oyunlarına gedə bilmirəm".

O qeyd edib ki, hədəfi dünya çempionu olmaqdır: "İstəyirəm ki, ilk olaraq turnirlərdə xalça üzərinə çıxım. Hədəfim dünya çempionatıdır. Tam fiziki hazırlığı bərpa edib orada yaxşı çıxış etmək və Olimpiya oyunlarına vəsiqə qazanmaq istəyirəm”. 

26 yaşlı idmançı zədəsindən də danışıb: "Zədəmi sağaltmışam. Yəni heç bir problem yoxdur. İstəyim və arzum var ki, Olimpiya Oyunlarında uğur qazanım”.

Minsk-2019-da Toğrulu Hacımurad Hacıyev (74 kq), Cəbrayılı isə Aleksandr Qostiyev (87 kq) əvəz edəcək.

Fanat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!