Tramp ABŞ-ın iki əsas düşməninin adını çəkdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp ABŞ-ın iki əsas düşməninin adını çəkdi

Dünya

24 Avqust 2019 19:44 1086


ABŞ prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauellin çıxışından sonra öz "Twitter" hesabında onu və Çin Xalq Respublikasının rəhbəri Si Cinpini ölkəsinin əsas düşmənləri elan edib.

Onun bu bəyanatından sonra bazarda "S&P 500" və "Dow Janes" 1,8 faiz, NASDAQ 2,2 faiz enişlə üzləşib.

Censon-Houldakı konfransda Pauelldən faiz göstəricilərinin aşağı düşəcəyi anonsunu gözləyirdilər. Lakin Federal Ehtiyatlar Sisteminin rəhbəri bu barədə susub. Bundan sonra Tramp Sistemin heç nə etmədiyini bəyan edib. pizza hut

Trampın sözlərinə görə, ABŞ-ın bütün şirkətləri Çinə alternativ axtarmalıdırlar. Həmçinin o, gün ərzində Çinin amerikan idxalına qarşı 75 milyard dollarlıq tarif müəyyənləşdirməsinə cavab verəcəyini vəd edib.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!