Tramp: “ABŞ-nin İranda liderliyə öz namizədi var, onu qoruyuruq”

saytların hazırlanması

Evə çatdırılma

Tramp: “ABŞ-nin İranda liderliyə öz namizədi var, onu qoruyuruq”

Dünya

06 Mart 2026 10:36 340


“ABŞ-nin məqsədi İrana daxil olub vəziyyəti qısa müddətdə tam nəzarətə götürməkdir”.

“Yeni Sabah” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına telefonla verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, Vaşinqton uzun illər davam edəcək yenidənqurma prosesinə girmək istəmir. Pepperoni pizza

“Bizə hər şeyi 10 il ərzində bərpa edəcək biri lazım deyil. Biz onların yaxşı liderə sahib olmasını istəyirik. Bizim fikrimizcə bu işi yaxşı bacara biləcək bir neçə nəfər var. Biz onları müşahidə edirik və onların sağ qalmaları, müharibəni keçib sağ çıxmaları üçün addımlar atırıq”.

Donald Tramp həmçinin cümə axşamı İranın xarici işlər naziri Abbas Əraqçinin “NBC Nightly News” verilişinin aparıcısı Tom Llamasa ölkəsinin ABŞ və İsrail qüvvələrinin mümkün quru hücumuna hazır olduğu barədə dediklərinə münasibət bildirib.

Tramp bu açıqlamanı “boş yerə deyilmiş söz” adlandıraraq bildirib ki, hazırda İranın işğalı barədə düşünmür.

O deyib: “Bu, vaxt itkisidir. Onlar hər şeyi itiriblər. Donanmalarını itiriblər. İtirə biləcəkləri hər şeyi itiriblər.”

Tramp əlavə edib ki, zərbələrin tempi və intensivliyi davam edəcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!