Donald Trampın bəzi müşavirləri ona Vaşinqtonun İrandakı əməliyyatda iştirakına son qoymaq üçün bir yol tapmağın vacibliyini bildiriblər.
"Yeni Sabah" The Wall Street Journal-a (WSJ) istinadla xəbər verir ki, onlar neft qiymətlərinin artması və uzunmüddətli münaqişənin siyasi reaksiyaya səbəb ola biləcəyi ilə bağlı narahatlıqlara istinadlar ediblər.
ABŞ Prezidenti "qənaətbəxş qələbə elan edənə qədər" döyüşləri dayandırmaq niyyətində deyil. WSJ-nin mənbələrinin bildirdiyinə görə, "Tramp bəzən davam edən ABŞ və İsrail hərbi kampaniyasına baxmayaraq Tehranın təslim olmamasına təəccübləndiyini bildirib". Sezar pizza
Daha əvvəl Tramp İrana qarşı ABŞ-İsrail əməliyyatının tezliklə başa çatacağını bildirmişdi.
Telegram kanalımız