Turin və Roma klubları oyunçu mübadiləsi edə bilər

saytların hazırlanması

Evə çatdırılma

Turin və Roma klubları oyunçu mübadiləsi edə bilər

İdman

26 İyul 2025 21:48 530


"Yuventus" və "Roma" klubları futbolçularının mübadiləsini reallaşdıra bilər. 

Yenisabah.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, Turin təmsilçisi ABŞ millisinin üzvü Veston Makkennini "Roma"nın yarımmüdafiəçisi Brian Kristanteyə dəyişməyə hazırdır.

Makkenninin "Yuventus"la 2026-cı ilə qədər olan müqaviləsini uzatmaq fikri yoxdur. pizza

26 yaşlı futbolçu 2021-ci ildə "Şalke"dən 25 milyon avroya "Yuventus"a transfer olunmuşdu. 30 yaşlı Kristantenin isə "Roma" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!