Türkiyə aviaşirkətləri Yaxın Şərqə uçuşları dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə aviaşirkətləri Yaxın Şərqə uçuşları dayandırdı

Dünya

06 Mart 2026 17:05 395


Türkiyənin bir sıra aviaşirkəti Yaxın Şərq ölkələrinə uçuşları müvəqqəti olaraq dayandırıb.

“Yeni Sabah” xəbər verir ki, bunu barədə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun X hesabında bildirib.

Qərar ABŞ-İsrail və İran arasında baş verən müharibə fonunda təhlükəsizlik riskləri ilə əlaqədardır. Toyuqlu pizza

Nazir bildirib ki, hazırda İran İsrail, İraq, Qatar, Bəhreyn, Küveyt və Suriya (Hələb istisna olmaqla) üzərində hava məkanı bağlı qalır. Oman, İordaniya və Saudiyyə Ərəbistanı üzərində uçuşlar qismən davam edir, Birləşmiş Ərəb Əmirlikləri hava məkanında isə uçuşlar məhdud və nəzarətli şəkildə həyata keçirilir.

Nazirin sözlərinə görə, Türkiyənin aparıcı aviaşirkətləri – THY, AJet, "Pegasus" və "SunExpress" İran, İraq, Suriya, Liviya və İordaniya istiqamətində uçuşları əvvəlcə martın 6-dək dayandırmışdı. Yeni qərara əsasən, bu marşrutlar üzrə uçuş qadağası martın 9-dək uzadılıb.

"Pegasus Airlines" İrana uçuşları martın 12-i, THY isə martın 20-dək dayandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!