Türkiyə İraqın şimalında daha bir əməliyyata başlayıb.
“Yeni Sabah” “Milliyet”-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamada bildirilib ki, “Pençe-3” adlı əməliyyata dünən start verilib. Pepperoni pizza
Müdafiə Nazirliyindən bildirilib ki, əməliyyata İraqın şimalında Sinat-Haftanin ərazisində sərhəd güvənliyinin təmin olunması, bölgənin teroristlərdən təmizlənməsi və onların istifadə etdikləri mağaraların, həmçinin sığınacaqların məhv edilməsi məqsədi ilə başlanılıb.
Məlumatda Türkiyənin Hava Qüvvələrinin təyyarələri və ordunun canlı qüvvəsi ilə dəstəklənən əməliyyatın uğurla davam etdirildiyi qeyd olunub.
Telegram kanalımız