Türkiyə “Patriot”ləri Malatyaya yerləşdirdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə “Patriot”ləri Malatyaya yerləşdirdi

Dünya

10 Mart 2026 11:26 297


Türkiyənin Milli Müdafiə Nazirliyi bölgədəki son hadisələr fonunda ölkənin hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə Malatyaya “Patriot” hava müdafiə sisteminin yerləşdirildiyini açıqlayıb.

“Yeni Sabah”ın xəbərinə görə, nazirlikdən bildirilib ki, milli səviyyədə görülən tədbirlərə əlavə olaraq, NATO tərəfindən hava hücumundan müdafiə tədbirləri artırılıb.

“Hava məkanının qorunmasına dəstək vermək üçün təyin edilmiş “Patriot”lər artıq Malatyada yerləşdirilib. Türkiyə Silahlı Qüvvələri ölkənin və vətəndaşların təhlükəsizliyini təmin etməyə tam qərarlıdır. Bölgədə baş verən son hadisələr fonunda sərhədlərin və hava məkanının təhlükəsizliyi üçün bütün zəruri tədbirlər görülür, NATO və müttəfiqlərlə məsləhətləşmələr aparılır”, - qurumdan qeyd olunub Pepperoni pizza

Qeyd edək ki, “Patriot” hava müdafiə sistemi qısa və uzun mənzilli raketləri izləyib məhv etmək qabiliyyətinə malikdir və ölkənin hava məkanının təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!