Türkiyə hərbi hava qüvvələri Suriya ilə sərhəddəki Kilis bölgəsində naməlum pilotsuz uçan aparatı (PUA) vurub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə bir gün öncə baş verib: "Hansı dövlətə mənsub olduğu və tipi müəyyən edilməyən PUA sentyabrın 28-də “Ərəfat qalxanı” əməliyyatı rayonunda və Kilis əyalətinin qərbində Türkiyənin hava sərhədini altı dəfə pozub. Yerli vaxtla saat 13:24-də o, İncirlik aviabazasından qalxan iki “F-16” qırıcıları tərəfindən vurulub”. Toyuqlu pizza
Qeyd olunur ki, PUA-nın qalıqları Kilis əyalətinin ərazisindəki Çıldıroba hərbi bazasının bölgəsinə düşüb.
Telegram kanalımız