Türkiyədə silahla oynayan qardaşlar ölümdən döndü

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə silahla oynayan qardaşlar ölümdən döndü

Dünya

25 Avqust 2019 10:45 1257


Türkiyənin Seyhan vilayətində maraqlı hadisə yaşanıb.

“Yeni Sabah” xəbər verir ki, 10 və 12 yaşındakı iki qardaş öz həyətlərində oynayan zaman 2 tüfəng tapıblar. Silahların həqiqiliyindən xəbərsiz olan uşaqlar onları bir-birlərinə tərəf tutaraq oynamağa başlayıb. Xoşbəxtlikdən ataları bunu görüb və hadisə tələfatsız ötüşüb. Ata həmən polisə xəbər verib. Həddən artıq həyəcan keçirən ata bildirib ki, xoşbəxtlikdən uşaqları tez görüb və onların silahla bir-birlərini vurmasının qarşısını alıb. 

Qeyd edək ki, polis silahların dolu olduğunu  və tüfənglərlə yanaşı hadisə yerindən içində bıçaq və maskalar olan çanta tapıldığını açıqlayıb. Hadisə ilə bağlı polis araşdırma aparır. Toyuqlu pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!