Üç nəfəri güllələyən komendant həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Üç nəfəri güllələyən komendant həbs olundu

Kriminal

28 Aprel 2019 20:00 1288


Abşeron Rayon Prokurorluğu aprelin 27-də Masazır qəsəbəsində baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

“Yeni Sabah” xəbər verir ki, həmin gün saat 16:30 radələrində Abşeron rayonunun Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində fəaliyyət göstərən "Günəş" alqı-satqı ofisinin qarşısında "Yeni Bakı" Yaşayış Kompleksinin komendantı Ehtiram Yusifov şəxsi münasibətlər zəminində həmin ofisdə işləyən Talıbov Məmməd, Qasımov Kamran və Zaur Gəncəliyevə "Vinçester" markalı odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Həmin şəxslər 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Dördpendirli pizza

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4-cü (Xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Yusifov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq, əməliyyat tədbirləri davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!