Universiadada Azərbaycanə 71 idmançı təmsil edəcək

saytların hazırlanması

Evə çatdırılma

Universiadada Azərbaycanə 71 idmançı təmsil edəcək

İdman

13 İyul 2025 16:56 617


İyulun 16-dan 27-dək Almaniyanın Reyn-Rur regionunda keçiriləcək 32-ci Dünya Yay Universiadasında (DYU) Azərbaycanın 71 idmançısı iştirak edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bu gün ilk idman nümayəndə heyəti universiada üçün Almaniyaya yollanıb. Sezar pizza

Yarışlar Berlinlə yanaşı, Reyn-Rur bölgəsinə daxil olan Boxum, Essen, Duysburq, Mülhaym və Hagen şəhərlərində təşkil olunacaq.

Azərbaycan yarışda 12 idman növündə (atletika, badminton, kamandan oxatma, çimərlik voleybolu, bədii gimnastika, taekvondo, kanoe və avarçəkmə, üzgüçülük, stolüstü tennis, tennis, cüdo və qılıncoynatma) təmsil olunacaq.

Turnirin açılış mərasimi iyulun 16-da, bağlanışı isə ayın 27-də Duysburq şəhərində baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!