Lənkəranda gənc qız binanın 4-cü mərtəbənin pəncərəsindən yıxılaraq xəsarət alıb.
"Yeni Sabah"ın xəbərinə görə, hadisə dekabrın 7-də rayonun P.Təhməzov küçəsi, bina 4-də baş verib.
Belə ki, rayonun Şağlaküçə kənd sakini, 2001-ci il təvəllüdlü, Lənkəran Dövlət Universitetinin I kurs tələbəsi Qönçə Əbilzadə babasının evində olarkən həmin mənzilin pəncərəsindən yıxılaraq xəsarət alıb. Dördpendirli pizza
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Q.Əbilzadənin reanimasiya şöbəsində stasionar müalicəsi davam etdirilir.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. /Report
Telegram kanalımız