Ürək-damar xəstəliklərinin qarşısını alan UCUZ ÜSUL   - Çəkini də azaldır 

saytların hazırlanması

Evə çatdırılma

Ürək-damar xəstəliklərinin qarşısını alan UCUZ ÜSUL - Çəkini də azaldır 

Sağlamlıq

22 Dekabr 2023 13:28 2815


Türkiyənin ürək və daxili xəstəliklər üzrə məşhur mütəxəssisi Canan Karatay tərkibində Omeqa-3 olan qidaların faydasından danışıb. 

Musavat.com xəbər verir ki, həkimin sözlərinə görə, kətan toxumu, semizotu, balqabaq və günəbaxan tumu təbii Omeqa-3 ilə olduqca zəngindir.

Omeqa-3-ün nə qədər əhəmiyyətli olduğunu vurğulayan Karatay qeyd edib ki, bu qidalar yaşlanmağı gecikdirir, xroniki xəstəliklərdən qoruyur, diabetin qarşısını alır və müalicəsini asanlaşdırır. pizza mizza

Həmçinin ateroskleroz, hipertoniya, ürək-damar tıxanıqlığı, infarkt və insult xəstəliklərinin, çəki artımının və piylənmənin qarşısını alır. Yaşlı insanlarda bədən ağrılarını azaldır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!