Ürək xəstələri üçün ən effektiv vasitə - Faydaları saymaqla bitmir 

saytların hazırlanması

Evə çatdırılma

Ürək xəstələri üçün ən effektiv vasitə - Faydaları saymaqla bitmir 

Sağlamlıq

08 May 2024 15:35 3321


Təbii bitki mənşəli məhlullara maraq artıb. Bunlardan biri də qara bibər balıdır. 

Yenisabah.az xəbər verir ki, qara istiot balı çox keyfiyyətli, azca qırmızımtıl, xoş qoxulu, nanə təravəti ilə dodaqlardan başlayaraq burun boşluğuna qədər bütün ağzı dolduran nadir baldır. Tərkibindəki antioksidantlar sayəsində qara bibər bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrə ziyanını azalda bilir. Bu, yaşlanma prosesini yavaşladır və müxtəlif xəstəliklərdən qoruyur.

Qara bibər iltihablı vəziyyəti yüngülləşdirən xüsusiyyətlərə malikdir. Buna görə də, revmatik xəstəliklər, artrit və ya əzələ ağrıları kimi şərtlərdə dəstəkləyici rol oynaya bilir. Bitkinin tərkibində olan bəzi komponentlər immunitet sistemini gücləndirmək potensialına malikdir. Bu, bədəni müxtəlif infeksiyalara qarşı qorumaqda əhəmiyyətli bir üstünlük təmin edə bilir.  Pepperoni pizza

 Mütəxəsisslər həmçinin bildirirlər ki, qara bibər qan dövranını artıran xüsusiyyətlərə malikdir. Bu, ürək sağlamlığını dəstəkləyərək ürək-damar sisteminə müsbət təsir göstərir.

Bəzi araşdırmalara görə, qara bibər stress və narahatlıq üzərində müsbət təsir göstərə bilər. Rahatlaşdırıcı xüsusiyyətləri ilə tanınan bu bitki ruhi sağlamlığı dəstəkləməkdə faydalı ola bilər.

Şeyla Səmiyeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!