İstanbul başda olmaqla, Türkiyənin bir çox şəhərində üst tənəffüs yolu xəstəliklərindən şikayətlə xəstəxanalara xeyli müraciət olub.
Yenisabah.az xəbər verir ki, mütəxəssislər uşaq xəstələrin artdığını bildiriblər. Onlar uşaqlar arasında üçqat epidemiyanın yayıldığını qeyd ediblər. Ölkədə qripə qarşı peyvənd vurulması üçün çağırış edilib. Uşaqlarda görülən epidemiyanın böyüklərdə də müşahidə oluna biləcəyi barədə xəbərdarlıq olunub.
İstanbul Tibb Palatası İdarə Heyətinin üzvü Saffet Ercan bildirib: "Epidemiyanın COVID, qrip infeksiyası, yoxsa başqa bir şey olduğunu hələ ki, dəqiq demək mümkün deyil. Buna görə də COVID testləri mütləq yenilənməlidir”. Marqarita pizza
Mütəxəssislər uşaqların daha çox təhlükədə olduğunu, yoluxmaların artdığını bildiriblər. İnfeksion xəstəliklər üzrə mütəxəssis Esin Davudoğlu Şenol tövsiyələrini verib:
"Üçlü epidemiya (RSV, COVID, qrip) yayılıb. Biri bitirsə, digəri başlayır. Əlləri tez-tez yuyun, mütləq qrip peyvəndi etdirin. Hələlik böyüklərdə ikiqat epidemiya var, lakin uşaqlarda bu üçə bərabərdir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız