Uşaqlar peyvənd edilməzsə, qlobal qızılca təhlükəsi artacaq - DST

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlar peyvənd edilməzsə, qlobal qızılca təhlükəsi artacaq - DST

Sağlamlıq

26 Dekabr 2023 17:19 2495


COVID-19 pandemiyası ilə əlaqədar olaraq dünya ölkələrində qızılcaya qarşı peyvəndlənmənin əhatə dairəsi azalıb. Bu tendensiyanın nəticəsi olaraq 2022-ci ildə qızılcaya yoluxma halları 2021-ci illə müqayisədə qlobal miqyasda 18 %, ölüm halları isə 43 % artıb.

Yenisabah.az xəbər verir ki, bu barədə DST məlumat yayıb.

“Qızılcaya yoluxma halları peyvəndlənmənin əhatə dairəsinin zəif olunduğu bütün ölkələr və icmalar üçün risk yaradır. Pepperoni pizza

Qızılcaya yoluxma hallarının geniş yayılmasının qarşısının alınmasında peyvəndin rolu əvəzsizdir. Təkcə 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın bu xəstəlikdən həyatını itirməsinin qarşısını alıb.

Qeyd edək ki, qızılca peyvəndi immunizasiya proqramlarının əsas komponentlərindən biridir. Qızılcaya qarşı peyvəndlənmə əhatəsinin 95 %-dən aşağı olduğu ölkələrdə xəstəliyin geniş yayılma riski meydana çıxır. Cari dövrdə qızılca əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratmaqda davam edir. 2022-ci ilin noyabrından 2023-cü ilin oktyabr ayına qədərki dövrdə ÜST-nin Avropa region ölkələrində 30 000-dən çox qızılcaya yoluxma halı qeydə alınıb.

DST bütün ölkələri qızılca və digər xəstəliklərə qarşı hər bir uşağın peyvənd olunması istiqamətində səyləri artırmağa çağırır. Bundan əlavə, epidemiyaların qarşısının alınmasına kömək etmək üçün qlobal, regional, milli və yerli səviyyələrdə bütün səhiyyə tərəfdaşları güclü nəzarət sistemləri tətbiq etməklə epidemiyaya cavab tədbirlərinin gücləndirilməsinə çalışmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!