Azərbaycan professional musiqisinin banisi, musiqi mədəniyyətimizin dahi, ölməz bəstəkarı Üzeyir Hacıbəyli günləri çərçivəsində ölkəmizdə müxtəlif səpkili tədbirlər- festival və konsertlər keçirilməkdədir. Onlardan biri də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Milli Musiqi Gününə həsr olunmuş maraqlı, rəngarəng musiqi nömrələri, Üzeyir Hacıbəyli yaradıcılığının təhlilinə dair orijinal məruzələrlərlə əks olunmuş konsert tədbiri idi.
Tədbirin açılışında Məktəbin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətindəki yeri və rolundan, milli, professional musiqmizə gətirdiyi yeniliklərdən, vətənpərvərlik ruhu ilə yoğrulan yaradıcılıq nümunələrindən və yetişməkdə olan gənc nəslin bədii-estetik ruhuna təsirindən bəhs etdi.
Konsertdə məruzələrlə çıxış edən məktəbin nəzəriyyə şöbəsinin müəllimləri - Nərgiz Kərimova, Leyla Həsənova, Lalə Sinkeviç, Pərvin Səfərli, Elmira Pənahova Üzeyir dühasına öz yanaşma prizmalarından yanaşaraq maraqlı faktlar təqdim etdilər. Bir növ konfrans-konsert tərzində təqdim olunmuş tədbirin musiqiçiləri Üzeyir bəyin yaradıcılığının orijinal nümunələri ilə konsertə xüsusi bir özünəməxsusluq qatmış oldu. pizza hut
Belə ki, məktəbin müəllimləri Azərbaycan Respublikasının əməkdar müəllimi Zenfira Nurullayeva, Gülnaz Eldarlı, Sevinc Kərimova, Nigar Heydərli, Regina Məcidova, Mətanət Nurullayeva, İranə Əliyeva, Samir Əsədli, Nurlan Cəfərli, Elnur Məmmədov, Səbinə İsmayılova, Bəturə Əhmədova, Nilay Quluzadə, Çingiz Absəlimov, Samirə Musayeva, Səbinə Əliyeva, Nigar Cavadova, Bakı Musiqi Akademiyasının məzunu Səbinə Eldarlı Üzeyir Hacıbəyli yaradıcılığının həmişəyaşar nümunələrini böyük uğurla səsləndirdilər.
Məktəbin istedadlı şagirdləri Məhəmməd Əlizadə, Nazənin Məmmədli, Nilay Quluzadə, Zümrüd Məmmədova, Şahanə Əhmədsoy, xor və kamera orkestrinin ifaçıları öz musiqi töhfələrini böyük uğurla təqdim etmiş oldular. Onların yetişib formalaşmasında böyük rolu olan müəllimləri - Şahnaz Muradova, Vüqar Budaqov, Lalə Hüseynova, Gülçin Aslanova, Bəturə Əhmədovanın xidmətləri danılmazdır.
Tədbirin fəxri qonaqları sırasında yer alan Xalq şairi Vahid Əziz sonda Üzeyir Hacıbəyli şəxsiyyətinin əhəmiyyətli cizgilərinə dair maraqlı faktlarla çıxış edib konsert iştirakçılarına öz təbrikini ünvanladı.
Telegram kanalımız