Vahid bəyannamə oktyabrdan şəxsi kabinetdən təqdim olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Vahid bəyannamə oktyabrdan şəxsi kabinetdən təqdim olunacaq

İqtisadiyyat

26 Sentyabr 2025 12:01 523


Bu il oktyabrın 1-dən Azərbaycanda muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

"Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)", onun əlavələrinin formaları və tərtib edilməsi qaydaları yeni redaksiyada təsdiq edilib. Toyuqlu pizza

Vergi ödəyicilərinə xidmətin daha da sadələşdirilməsi məqsədilə yeni redaksiyada təsdiq edilmiş "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)" forması oktyabrın 1-dən şəxsi elektron kabinet üzərindən təqdim olunacaq.

Xatırladaq ki, indiyədək bu bəyannamə müvafiq interfeys vasitəsilə ayrıca təqdim edilirdi, digər vergilərə dair bəyannamələr isə vahid şəkildə elektron kabinetdən göndərilirdi. Artıq bu sistem şəxsi kabinetə tam inteqrasiya olunub və vergi ödəyiciləri muzdlu işlə əlaqədar bəyannaməni də e-kabinet üzərindən təqdim edə biləcəklər.

Yenilik sahibkarların inzibati yükünü azaldacaq, bütün bəyannamələrin vahid mənbədən təqdim olunmasına imkan verəcək. Nəticədə, vaxt itkisi aradan qaldırılacaq, rəqəmsal şəffaflıq və hesabatlılıq daha da güclənəcək. Sahibkarlıq subyektləri üçün hesabat prosesləri sadələşdiriləcək, bununla da vergi öhdəliklərinin vaxtında və rahat yerinə yetirilməsinə daha münbit şərait yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!