Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında təhlükəli virus yayılıb

saytların hazırlanması

Evə çatdırılma

Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında təhlükəli virus yayılıb

Sosial

21 Noyabr 2024 00:49 1037


Uşaqlar arasında təhlükəli virus yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, əsasən 5-15 yaş aralığında uşaqların çox yoluxduğu virus qripə oxşar simptomlarla müşayət olunduğundan valideynlər arasında çaşqınlıq yarada bilir.

İnfeksionist Aytən Ziyadova bildirib ki, son zamanlar azyaşlılar arasında yayılan virusu bəzən qızılca xəstəliyinə də bənzədirlər. Lakin qızılcadan fərqli olaraq bu virusdan qaynaqlanan səpkilər mərhələli şəkildə yox, tam yayılır. pizza

A. Ziyadova əlavə edib ki, virusa yoluxan uşaqların yetərsiz və ya səhv müalicə edilməsinin nəticəsi ağır ola bilər. Belə ki, xəstəlik düzgün müayinə və müalicə edilməzsə, böyrək çatışmazlığı kimi həyati təhlükələrə səbəb ola bilər.

İnfeksionistin sözlərinə görə, virus yoluxduğu bədəndə birbaşa ürək əzələlərinə də təsir edə bilir ki, bu da ürək ritminin pozulması ilə nəticələnə bilər. Bu səbəbdən də sözügedən simptomlarla qarşılaşan valideynlər diqqətli olmalıdırlar.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!