Vaqif Mustafayev beynəlxalq kinofestivala dəvət olundu

saytların hazırlanması

Evə çatdırılma

Vaqif Mustafayev beynəlxalq kinofestivala dəvət olundu

Sosial

06 Mart 2019 19:52 909


Xalq artisti, dünya şöhrətli kinorejissor Vaqif Mustafayev XV Sevastopol Beynəlxalq kinofestivalına mötəbər jürinin sədri kimi dəvət olunub.

“Yeni Sabah” xəbər verir ki,  Vaqif Mustafayev “Birlikdə qələbə qazandıq” adlı kinofestivala çağırılıb. Xatırladaq ki, görkəmli həmyerlimiz keçən il də bu festivalda jüriyə sədrlik etmək üçün dəvət olunmuşdu. Lakin gərgin iş qrafikinə görə V.Mustafayev bu təklifi qəbul edə bilməmişdi.

Buna baxmayaraq, “Birlikdə qələbə qazandıq” festivalının təşkilatçıları yenidən təkidlə dünya şöhrətli kinorejissorumuzu XV Beynəlxalq kinofestivala jüri sədri kimi dəvət ediblər. Onu da bildirək ki, jürinin tərkibinə daxil olan bütün sənətkarlar dünyanın müxtəlif ölkələrindən cəlb olunan tanınmış kino xadimləridir. Beynəlxalq festival bu il mayın 12-si başlayacaq və 18 maya qədər davam edəcək. Sezar pizza

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!