VAR qaydalarına dəyişiklik müzakirə olunur

saytların hazırlanması

Evə çatdırılma

VAR qaydalarına dəyişiklik müzakirə olunur

İdman

16 İyul 2025 21:02 548


Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) video-köməkçi hakimlərə (VAR) ikinci sarı vərəqə və künc zərbəsi epizodlarına müdaxilə hüququ verməyi nəzərdən keçirir. 

Yenisabah.az times-a istinadla xəbər verir ki, yeniliyin ilk dəfə 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında sınaqdan keçiriləcəyi bildirilir.

Bundan əlavə, penalti zərbəsi qaydasında da dəyişiklik ola bilər. Yeni təklifə əsasən, qapıçı zərbəni dəf edərsə, hücum edən komanda futbolçularına topa yenidən zərbə endirmək qadağan edilə bilər. pizza hut

Xatırladaq ki, hazırkı qaydalara görə, VAR yalnız birbaşa qırmızı vərəqə, penalti təyinatı və ofsayd kimi hallarda oyuna müdaxilə edə bilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!