Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib.
“Yeni Sabah” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
V. Talıbov deyib ki, Orta İxtisas Polis Məktəbinin yaradılması mühüm əhəmiyyətə malikdir. Orta İxtisas Polis Məktəbi hüquq-mühafizə orqanlarının orta rəis heyətinə olan tələbatını ödəyəcək. Məktəb fəaliyyətə başladığı tarixdən böyük marağa səbəb olub, ötən dövrdə qəbul üçün 150-dən çox müraciət edilib. Qanunvericilikdə nəzərdə tutulmuş normativlərə uyğunluq yoxlandıqdan və imtahanlardan sonra 25 kursant məktəbə qəbul olub. pizza mizza
Talıbov sonra Məktəbin şəxsi heyəti ilə xatirə şəkli çəkdirib, yeni tədris kompleksinin açılışını edib, yaradılan şəraitlə tanış olub.
Telegram kanalımız