Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl əkini sahələrində olub, muxtar respublikada taxıl əkininin gedişi ilə maraqlanıb.
“Yeni Sabah” xəbər verir ki, NMR Baş nazirinin birinci müavini Elşad Əliyev məlumat verib ki, muxtar respublikada 2020-ci ilin məhsulu üçün 32 min hektar sahədə taxıl əkiləcək, onun da 6 min hektarı dəmyə əkinidir.
Vasif Talıbov muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərin taxılçılığın inkişafı üçün geniş imkanlar yaratdığını bildirərək deyib: Mütərəqqi əkin və suvarma metodlarının tətbiqi, toxum və su ehtiyatının yaradılması, texnika təminatı imkan verir ki, muxtar respublikada taxıl əkinləri aqrotexniki qaydalara uyğun aparılsın. pizza mizza
Ali Məclisin Sədri muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənildiyini bildirib.
Telegram kanalımız