Vasif Talıbov festival keçirdi, alış-veriş etdi –   Video

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbov festival keçirdi, alış-veriş etdi – Video

Rəsmi

03 Noyabr 2019 06:29 1304


Naxçıvanda “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib.

Festivalda Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarından, eləcə də Naxçıvan şəhərindən, ümumilikdə, 408 ailə təsərrüfatı tərəfindən 556 növdə qablaşdırılmış məhsul çıxarılıb. Naxçıvan qovurması, xaması, qaymağı, müxtəlif növ mürəbbə və şirniyyatları, pendiri, qatığı, alanası, miyanpuru, sucuğu, cəvizi, badamı, qovudu, müxtəlif çeşidli meyvə şirələri, sirkələri, şərabları və araqları, ət və balıq məhsulları, eləcə də turşular, kompotlar, milli mətbəximizə aid çörək çeşidləri və digər məhsullar festival iştirakçılarına təqdim edilib. pizza mizza

Ali Məclisin Sədri ailə təsərrüfatlarının sahibləri ilə söhbət edib, məhsullardan alıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!