Vasif Talıbovdan Araz-Türk Cümhuriyyəti haqda sərəncam

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbovdan Araz-Türk Cümhuriyyəti haqda sərəncam

Rəsmi

25 Sentyabr 2019 05:26 1178


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında Sərəncam imzalayıb.

“Yeni Sabah” xəbər verir ki,  ssərəncamda deyilir ki, çoxəsrlik dövlətçilik ənənələri olan Naxçıvan milli istiqlaliyyət tariximizdə xüsusi yer tutur. XX əsrin əvvəllərində Naxçıvanın ağır tarixi-siyasi şəraitdə erməni təcavüzü və soyqırım siyasəti ilə üz-üzə qalması, burada güclü dövlət idarəçiliyi və nizami hərbi qüvvələrin təşkilinə ciddi ehtiyac yaratmışdır. 1918-ci ildə tarixi zərurətdən yaranan Araz-Türk Cümhuriyyətinin uğurlu hərbi və diplomatik fəaliyyəti Naxçıvanı erməni təcavüzündən qorumuş və bununla da dövlət müstəqilliyi uğrunda mübarizədə Azərbaycanın ərazi bütövlüyü təmin olunub.

Araz-Türk Cümhuriyyətinin müstəqillik tariximizdəki müstəsna xidmətlərini və siyasi əhəmiyyətini nəzərə alıb, fəaliyyətinin elmi əsaslarla tədqiq edilməsi və öyrənilməsi məqsədilə NMR Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birgə “Araz-Türk Cümhuriyyəti” elmi-tədqiqat qrupu yaratmaq qərara alınıb. pizza sifarişi

Tədqiqatın nəticələri əsasında elmi nəşr hazırlanacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!