“Vaxtilə Mehriban xanımı Şuşada muğama qulaq asmağa dəvət edirdilər...” - Video 

saytların hazırlanması

Evə çatdırılma

“Vaxtilə Mehriban xanımı Şuşada muğama qulaq asmağa dəvət edirdilər...” - Video 

Mədəniyyət

15 May 2021 19:28 1843


Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı və şəhərdə təşkil olunan atəşfəşanlıq erməniləri əməlli-başlı qorxuya salıb. Bu mövzü ölkə ictimaiyyətində, eləcə də KİV-də geniş müzakirələrə səbəb olub.

Belə müzakirələrdən biri də Ermənistanın “Esse TV” “YouTube” kanalında yayımlanan “Troye v lodke” verilişində baş tutub. Aparıcı Arman Qriqoryan və 30 il Azərbaycanda yaşamış, “Veçernaya Baku” nəşrində müxbir işləmiş İda Martirosyan Şuşada keçirilən festival barədə fikir mübadiləsi aparıblar.

Onlar veriliş boyu hazırda Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanı tənqid edib, onu vətənə xəyanətdə itiham ediblər. Aparıcı və verilişin qonağı ölkələrinin məhvolma astanasına gəlib çatdığını qeyd ediblər. Sezar pizza

Qriqoryan bildirib ki, Şuşada Azərbaycan muğamı oxunur, Nikol isə hökumət iclasında sağlıq deyir. Martirosyan isə cavabında bəyan edib ki, vaxtilə Mehriban xanımı Şuşada çay içməyə və muğama qulaq asmağa dəvət edirdilər, onlar da bu dəvəti qəbul edib və yerinə yetiriblər.

Erməni cütlük həmçinin Şuşada təşkil olunan atəşfəşanlığa da toxunub və bunun Xankəndindən necə göründüyünü anladıqlarını da ifadə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!