Venesuela ABŞ ilə diplomatik əlaqələri bərpa etdi

saytların hazırlanması

Evə çatdırılma

Venesuela ABŞ ilə diplomatik əlaqələri bərpa etdi

Dünya

06 Mart 2026 13:20 241


Venesuela hakimiyyəti ABŞ ilə diplomatik münasibətlərin bərpa olunduğunu elan edib.

"Yeni Sabah" EFE-yə istinadla xəbər verir ki, xarici işlər naziri İvan Gil bildirib:

"Bolivar hökuməti iki ölkə arasında qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan ABŞ ilə konstruktiv dialoqu yeni səviyyəyə qaldırmaq öhdəliyini bir daha təsdiqləyir". Sezar pizza

Nazir bu prosesin daha böyük qarşılıqlı anlaşmaya və qarşılıqlı fayda üçün imkanlara töhfə verəcəyi fikrini ifadə edib.

ABŞ Dövlət Departamenti əvvəllər iki ölkənin diplomatik münasibətləri bərpa etmək niyyətini açıqlamışdı.

2019-cu ildə Venesuela, o vaxtkı ABŞ administrasiyası Xuan Quaydonu Venesuela prezident seçkilərinin qalibi kimi tanıdıqdan sonra ABŞ ilə diplomatik münasibətləri kəsmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!