Vərəsələr birdəfəlik ödəmə hüquqlarını öyrənə bilərlər

saytların hazırlanması

Evə çatdırılma

Vərəsələr birdəfəlik ödəmə hüquqlarını öyrənə bilərlər

Sosial

04 Mart 2019 22:15 720


Şəhid polislərin artıq əksəriyyətinin  vərəsələrinin birdəfəlik ödəmə almaq üçün sənədləri nazirliyə təqdim edilib. 

“Yeni Sabah” xəbər verir ki, şəhid polis əməkdaşları ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytının (sosial.gov.az) “Birdəfəlik ödəmə” bölməsində yerləşdirilib. 

Vərəsələr həmin bölmədə daxili işlər orqanlarının şəhid olmuş əməkdaşının adı, soyadı və atasının adını qeyd edərək, birdəfəlik ödəməni almaq hüquqlarının olub-olmadığını öyrənirlər. Bundan sonra birdəfəlik ödəmə almaq hüququ olan vərəsələr notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edir və onların  sənədləri elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunur. Nazirlikdəki müvafiq Komissiya isə şəhidlərin vərəsələrinin sənədləri əsasında birdəfəlik ödəmənin verilməsinə dair qərarlar qəbul edir.  pizza mizza

1997-ci il avqustun 2-dək şəhid olmuş daxili işlər orqanları əməkdaşlarından ibarət 400 nəfərdən çox şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqları müəyyən olunub. Onlardan artıq əksər şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə almaq üçün sənədləri nazirliyə təqdim edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!