Ötən gün mediada "Binə” Ticarət Mərkəzində sahibkarlardan alınan verginin məbləğinin artırılması haqda informasiya yayılıb.
Məsələ ilə bağlı mərkəzin hüquqşünası Fuad Cəfərov “Yeni Sabah”la əlaqə saxlayaraq bu haqda məlumatları təkzib edib.
O, bildirib ki, yayılan məlumatlarda "Binə” ticarət mərkəzinin direktoru Dilşad Əmirovanın verginin məbləğinin Vergilər Nazirliyi tərəfindən artırıldığı iddia olunur: Marqarita pizza
“Amma bu doğru deyil. Çünki nazirlik ticarət mərkəzində qiymətlərin artırılması haqda heç bir qərar verməyib. Hazırda sahibkarlar da öz fəaliyyətini davam etdirir.
Bundan başqa yayılan məlumatlarda Ticarət Mərkəzində 4 min mağazanın işlədiyi iddia olunur. Bu da yanlışdır. Hazırda "Binə"də minə yaxın mağaza fəaliyyət göstərir”.
F. Cəfərov bildirib ki, mediada bu haqda məlumatlar yayılan zaman bunu TM-nin rəhbərliyi və aidiyyatlı şöblərlərə əlaqə saxlayıb dəqiqləşdirmək mümkündür.
Telegram kanalımız