Xalq artisti: “Bundan böyük xoşbəxtlik yoxdur“ - Ağdamdan   Video

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti: “Bundan böyük xoşbəxtlik yoxdur“ - Ağdamdan Video

Mədəniyyət

28 May 2021 17:30 2102


Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.

Yenisabah.az xəbər verir ki, mərasimdə dövlət rəsmiləri ilə yanaşı sənət adamları da iştirak edib.

Xalq artisti Mənsum İbrahimov da təməlqoyma mərasimində iştirak edənlər arasında olub. Dominos pizza

Sənətkar bu barədə sosial şəbəkə hesabında paylaşım edərək, bunun böyük qürur olduğunu qeyd edib:

“Bu gün - 28 May 2021-ci ildə biz Ağdam şəhərindəyik. Respublika günündə Ağdam şəhərinin təməlini qoyma mərasimindəyik. Əziz dostlar, bundan böyük şərəf, xoşbəxtlik yoxdur. Bu, tarixi andır. Biz Ali Baş komandanımıza, müzəffər ordumuza,  şəhidlərimizə, qazilərimizə borcluyuq ki, bu qüruru bizə yaşatdılar. Biz tezliklə Ağdam şəhərinin tikilməsinə şahid olacağıq, artıq bu gün bu prosesin təməli qoyuldu. Eşq olsun Azərbaycan ordusuna. Qarabağ Azərbaycandır! Şükür bu günümüzə”.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!