Rusiyanın xalq artisti, teatr direktoru və müəllim Leonid Xeyfets təcili yardım həkiminə bıçaqla hücum edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə “112 Telegram” kanalı məlumat yayıb.
Kanal mənbələrinin verdiyi məlumata görə, Xeyfets küçəyə qaçmaq istəyərkən həyat yoldaşı onun qarşısını almağa çalışıb. Bu zaman çağırılan təcili tibbi yardım özünü çatdırıb. Rejissor pilləkəndə olan tibb işçisinə hücum edib. Hücumun səbəbinin kəskin psixoz olduğu güman edilir. pizza sifarişi
Bildirilir ki, sağ budundan bıçaqlanan həkim xəstəxanaya yerləşdirilib.
Həkim pilləkəndə direktorun təzyiqini ölçməyə çalışıb və hadisə də həmin vaxt baş verib.

Telegram kanalımız