Xalq Artistinin 140 illiyi qeyd olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Xalq Artistinin 140 illiyi qeyd olunacaq

Sosial

04 Mart 2019 17:41 691


2019-cu ilin martında görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq və teatr xadimi, Xalq artisti Hüseynqulu Sarabskinin (Hüseynqulu Məlik oğlu Rzayevin) anadan olmasının 140 illiyi tamam olur. 

“Yeni Sabah” xəbər verir ki, bu münasibətlə Prezident İlham Əliyev Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

Mədəniyyət Nazirliyinə görkəmli sənətkarın 140 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!