Xamenei bu səbəbdən sığınacağa getməyi qəbul etməyib -   YENİ DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

Xamenei bu səbəbdən sığınacağa getməyi qəbul etməyib - YENİ DETALLAR

Dünya

05 Mart 2026 12:13 401


İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin ABŞ və İsrailin fevralın 28-də paytaxt Tehrana endirdiyi hava zərbələri nəticəsində həlak olmasının yeni detalları məlum olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Ali Rəhbərin Hindistandakı nümayəndəsi Dr. Əbdülməcid Hakim İlahi danışıb.

O, Xameneinin niyə sığınacağa getməməsi ilə bağlı sualları cavablandırıb. Bildirib ki, Ali Rəhbər bunu özü istəməyib. pizza hut

Təhlükəsizlik xidməti bir neçə dəfə onun daha təhlükəsiz bir şəhərə köçməsini xahiş etsə də, Əli Xamenei bu təklifləri qətiyyətlə rədd edib. Dini liderə yalnız onun üçün xüsusi və təhlükəsiz bir sığınacaq təmin ediləcəyi bildirildikdə, o, belə bir cavab verib: “Əgər 90 milyon iranlı üçün o sığınacağı təmin edə bilsəniz, tamam, mən də 90 milyonun ardınca getməyə hazıram”.

Nümayəndə qeyd edib ki, əslində bütün xalq üçün belə bir sığınacaq yaratmaq qeyri-mümkündür, buna görə də Ayətullah Əli Xamenei öz ofisində və evində qalmağa üstünlük verib.

Əbdülməcid Hakim İlahi jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ və İsrailin hədəfi hər bir iranlı rəsmi şəxsi öldürməkdir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!