“Əziz İran xalqı, bu bizim var olma savaşımızdır. Bu haqqla batilin savaşıdır”.
“Yeni Sabah” xəbər verir ki, bunu İranın yeni Ali Rəhbəri Müctəba Xamenei xalqa ilk müraciətində bildirib.
M.Xamenei deyib: pizza mizza
“İranda insanlar tarix boyu fərqli fikirlərə malik olublar, hakimiyyətə qarşı olan şəxslər də olub, amma İran xalqının hər zaman ortaq mövqeyi imperializmə qarşı mübarizə və suverenliyinə sahib çıxmaq olub. Bu, iranlıların min illərə dayanan tarixi sərvətidir. Heç bir güc bu sərvəti İran xalqından ala bilməz.
Çətinliklər qarşısında möhkəm dayanan böyük, cəsur və şərəfli İran xalqına salam olsun. Bu gün biz liderin etibarli yolunda davam edəcəyimizə söz veririk və şəhidlərimizin yolu ilə irəliləyəcəyik. Biz şərəf, ləyaqət, azadlıq və qüruru müdafiə edirik.
İran açıq təcavüzə məruz qalıb. Bu gün Amerika İran xalqının tarixini, onun Amerikaya baxışını anlamadan səhv edərək bizə hücum edib. İran min illərdir bu coğrafiyadadır və bu coğrafiyanın sahibidir. Amerikalılar əsla bizə nəyisə diktə edə bilməzlər. İranın gələcək taleyinə yalnız İran xalqı qərar verəcək”.
Xatırladaq ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana hava zərbələri nəticəsində öldürülüb.
İslam Respublikasının Ekspertlər Şurası ötən gecə Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni Ali Rəhbəri seçib. Hazırda paytaxt Tehranda onun andiçmə mərasimi keçirilir.
Aytac Əliyeva
Telegram kanalımız