Xameneinin varisinin seçilməsi təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Xameneinin varisinin seçilməsi təxirə salındı

Dünya

06 Mart 2026 12:03 291


İran ABŞ və İsrailin yeni liderin də hədəf ola biləcəyi ilə bağlı bəyanatlarından sonra ölkənin öldürülmüş Ali Rəhbəri Əli Xameneinin varisinin seçilməsini təxirə salıb.

“Yeni Sabah” xəbər verir ki, bunu “The New York Times” yazıb.

İki İran rəsmisi qəzetə bildirib ki, bu qərarı təhlükəsizlik və siyasi səbəblərə görə qəbul ediblər. Rəsmilər deyiblər ki, hazırda varisin seçimi dayandırılıb və gələcək addımlar vəziyyətin gedişatından asılı olacaq. pizza

İranın dövlət televiziyası və rəsmi kanalları hələlik bu məsələyə rəsmi münasibət bildirməyib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hava zərbələri nəticəsində İranın Ali Rəhbəri Əli Xamenei, həyat yoldaşı, gəlini, kürəkəni, nəvəsi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, Ali Rəhbərin müşaviri admiral Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadə öldürülüb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!