Xaricdəki tələbəmiz 5 ölkənin mətbuatında Qarabağa dair çıxış edib

saytların hazırlanması

Evə çatdırılma

Xaricdəki tələbəmiz 5 ölkənin mətbuatında Qarabağa dair çıxış edib

Mədəniyyət

23 İyul 2024 22:34 5479


Avropanın aparıcı ölkələrinə aid media orqanlarında zəngin Qarabağ mədəniyyətinin müxtəlif aspektlərini əks etdirən təbliğat xarakterli yazılar dərc edilib.

Yenisabah.az modern.az-a istinadla xəbər verir ki, İngiltərə, Bolqarıstan, Çexiya, Gürcüstan və Avstriya mətbuatında Qarabağın dünya miqyaslı arxeoloji abidələri, məşhur muzeyləri bəzəyən xalçaları, ləziz kulinariyası haqqında məqalələr yayımlanıb.

Məqalələrdən biri UNESCO irsi sayılan muğamın Qarabağda tarixi, yerli xanəndələri, Azərbaycan və ümumilikdə İslam dünyasının mədəniyyət paytaxtı sayılan müasir Şuşada keçirilən “Xarı bülbül” festivalı və digər məqamlara həsr edilib. Məqalələrdə həmçinin Qarabağda uzun illər işğal altında qalan tarixi-memarlıq abidələri, talan edlən mədəniyyət müəssisələri barəsində də məlumat verilib. Pepperoni pizza

Məqalələrdə Azərbaycanın rəsmi qurumları – Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agenliyi, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi məlumatlarına istinad olunub.

 Yazılar İngiltərənin “Thebestmagazine” saytında,  Bolqarıstanın “Zemya” qəzetində, Çexiyanın populyar “Prague morning” saytında, “Avusturya günlügü” xəbər saytında  və  Gürcüstanın 3 dildə yayımlanan “Newsday” saytında dərc edilib.

Qeyd edək ki, məqalələr Mədəniyyət Nazirliyinin maliyyə dəstəyilə Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi tərəfindən icra olunan “Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin beynəlxalq və yerli mediada təbliği”  çərçivəsində hazırlanıb.

Məqalələrin müəllifi Budapeşt Biznes Universitetinin birinci kurs tələbəsi Tuncay Eyvazlıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!