Xarici diplomatlar Şamaxıya səfər edib

saytların hazırlanması

Evə çatdırılma

Xarici diplomatlar Şamaxıya səfər edib

Siyasət

19 Aprel 2019 16:19 950


Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib.

“Yeni Sabah” xəbər verir ki, cari ilin 19 aprel tarixində xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edirlər. Qeyd olunan səfərdə Azərbaycandakı diplomatik nümayəndəliklərin 60-a yaxın rəhbəri iştirak edirlər.

Səfərin məqsədi Şamaxı rayonunun sosial iqtisadi inkişafı, rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən turizm infrastrukturu ilə yaxından tanış olmaqdır. Toyuqlu pizza

Xarici diplomatların səfəri çərçivəsində  Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı ilə görüşün keçirilməsi, Şamaxı rayonu üzrə tanışlıq turu, Kələxana türbələri, Cümə məscidinə ziyarət, zəlzələdən zərər çəkmiş vətəndaşlar ilə görüş və Meysəri şərab zavodu üzrə tanışlıq nəzərdə tutulub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!