Xarici diplomatların bölgələrə səfəri başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Xarici diplomatların bölgələrə səfəri başlayıb

Siyasət

30 Aprel 2019 15:02 858


Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Qazax və Tovuz rayonlarına tanışlıq səfərləri başlayıb.

Bu barədə "Yeni Sabah"a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Səfəri XİN təşkil edib. Məqsəd ölkəmizin regionlarının inkişafı və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerində tanış olmaqdır.  pizza hut

Səfər çərçivəsində diplomatlar Qazax rayonunda “Damcılı” mağarası, Qazax Sement Zavodu, Şəhidlər xiyabanı, Qazax Müəllimlər Seminariyası və Tarixi Cümə Məscidi, “Saloğlu” mebel fabriki, eləcə də Ədəbiyyat Muzeyi və Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olacaqlar.

Eyni zamanda, diplomatlar Tovuz rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, “Göytəpə” qədim yaşayış məskəni və “Tovuz Baltiya LTD” konyak klubu ilə tanış olacaqlar.

Səfər mayın 1-də başa çatacaq. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!