2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan dünyanın 173 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Yenisabah.az xəbər verir ki, bu dövrdə xarici ticarət iştirakçılarının sayı 54 013 nəfər təşkil edib. Onlardan 43 965 nəfəri fiziki ( illik müqayisədə 7.2% artıb), 10 048 nəfəri isə hüquqi şəxslərdir ( 2% artıb).
Xarici fəaliyyət iştirakçısı qismində hüquqi şəxslərin 166-sı dövlət, 9882-i isə özəl sektorun nümayəndələri olub. Sezar pizza
Qeyd edək ki, hesabat dövründə idxal əməliyyatlarının həcmi 15 milyard 52.7 milyon ABŞ dolları, idxal olunan malların çeşidlərinin sayı 7 395 ədəd olub. İxrac əməliyyatlarının həcmi isə - 17 milyard 65.4 milyon ABŞ dolları, ixrac olunan malların çeşidlərinin sayı – 2 560 ədəd təşkil edib.
Telegram kanalımız