Xərçəngdən əziyyət çəkən Əməkdar artist danışdı: “Qismətim belə imiş”  

saytların hazırlanması

Evə çatdırılma

Xərçəngdən əziyyət çəkən Əməkdar artist danışdı: “Qismətim belə imiş”  

Mədəniyyət

28 Avqust 2024 10:36 3989


"İndi vəziyyətim yaxşıdır. Səhhətim yavaş-yavaş qaydasına düşür". 

Bunu Qaynarinfo-ya açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov deyib. 

Direktor müayinə və müalicələrinin davam etdiyini vurğulayıb:  Dördpendirli pizza

"İki dəfə analiz verdim, şükürlər olsun ki, yaxşı çıxıb. Məni bir az incidən səsimdir. O da getdi... Neynəyim, qismət belə imiş. Əsas odur ki, canım sağ olsun". 

Yadigar Muradov yeni teatr mövsümünə hazırlaşdığını diqqətə çatdırıb: 

"Qarşıdan yeni teatr mövsümü gəlir. Bir neçə gündən sonra işə çıxacağıq. Qarşıda çoxlu planlarımız var". 

Qeyd edək ki, Əməkdar artist Yadigar Muradov xərçəng xəstəliyindən əziyyət çəkir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!