XİN Azərbaycan vətəndaşlarını İsrailə səfər etməməyə çağırıb

saytların hazırlanması

Evə çatdırılma

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfər etməməyə çağırıb

Siyasət

28 Fevral 2026 12:12 369


İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırırıq.

Bu barədə “Yeni Sabah”a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

“Hazırda İsraildə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur. Dominos pizza

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur: Əlaqə vasitələri: Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi telaviv@mission.mfa.gov.az +972 54 539 77 88”, - müraciətdə deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!