Parlamentin son iclasında Milli Məclisin sədri Oqtay Əsədov çıxışı zamanı Azərbaycanla Avropa İttifaqı arasında sazişin mayın 13-də imzalanacağını bildirmişdi. Bunun ardınca Xarici İşlər nazirliyi çıxışı təkzib edən məlumat yaydı. "Azərbaycanla Avropa İttifaqı arasında sazişin məhz bu ilin may ayının 13-də imzalanması nəzərdə tutulmayıb. Çünki ölkəmizlə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar hələ ki, davam etdirilir", - deyə XİN rəsmisi Leyla Abdullayeva qeyd etdi.
Digər tərəfdən Bakı ilə Brüssel arasında anlaşılmazlığın olduğu barədə iddialar da səslənir. Qeyd edilir ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ tərəfdaşlıq haqqında sənəddə əksini tapmayıb.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında çərçivə sazişinin bağlanması istiqamətində aparılan danışıqlar bir neçə ildir yubadılır: Marqarita pizza
“Hesab edirəm ki, burada Avropa İttifaqının diktə etdiyi şərtlər var və rəsmi Bakı belə bir diktəni qəbul etmir. Həmçinin, iqtisadi və siyasi bəndlərlə də razılaşdırılmayan punktlar mövcuddur. Əsasən ölkəmizin dünya Ticarət Təşkilatına üzvlük məsələsi, həmçinin hüquqi və siyasi bəndlərdir.
Bu sazişin bəndlərinin 90 faiz razılaşdırıldığı deyilir. Düşünürəm ki, 10 məsələsi manipulyasiya ola bilər. Danışıqlar yeni mərhələdə aparılır. Bir çox strateji sahələr üzrə danışıqlar yekunlaşıb. May ayı sazişin bağlanması gözlənilirdi”.
M.Əsədullazadə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ziddiyyətlərin olması, həmçinin rəsmi Bakının qəbul etmədiyi punktlara görə sazişin bağlanma müddəti uzana bilər:
“Oqtay Əsədovun sazişin bağlanma vaxtını qeyd etməsi , daha sonra XİN-in bunu təkzib etməsi isə ziddiyyətli yanaşmaların olduğunu göstərir. Avropa İttifaqının punktunda Qarabağla bağlı problem varsa, bu skandaldır və inanmıram, Avropa İttifaqı (Aİ) buna gedər. Çünki Aİ və qurumlarının Azərbaycanın ərazi bütövlüyünün tanınması istiqamətində qətnamələri var. Belə olan təqdirdə rəsmi Bakı ilə Avropa İttifaqı arasında Qarabağla bağlı problem olmamalıdır. Bunu Rusiyanın 5-ci kolonu qaldıra bilər. Burada iqtisadi və siyasi bəndlər üzrə anlaşılmayan bəndlərin olduğunu düşünürəm. Yaxşı olardı ki, iqtidar həmin sənədi ictimaiyyətə açıqlasın”.
Günay Rəsulqızı
Telegram kanalımız