Yasamalda bir gecədə iki nəfəri bıçaqladılar

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda bir gecədə iki nəfəri bıçaqladılar

Kriminal

08 May 2019 05:46 1535


Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Hadisə rayonun Talıblı küçəsində baş verib. 1979-cu il təvəllüdlü Gülməmmədov İlqar Teyyub oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya aparılıb. Ona sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. İlqar Gülməmmədov təcili olaraq əməliyyat edilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Dördpendirli pizza

İkinci hadisə rayonun Zərgər Palanı 87 ünvanında baş verib. 1995-ci il təvəllüdlü Nəzərov Əbülqasım İlyas oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. 

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralı təcili olaraq əməliyyat edilib.

Vəziyyəti orta ağır qiymətləndirilir.

Hər iki faktla bağlı araşdırma aparılır.

Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!