Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva diqqətsizlikdən gileylənib.
Yenisabah.az-a danışan xanım Mədəniyyət Nazirliyinin, Teatr Cəmiyyətinin, mədəniyyət işçilərinin Yaşar Nurinin ailəsinə qayğı göstərmədiyini deyib.
Rəhimə xanım aktyorun ölümündən bu günə kimi Mədəniyyət Nazirliyinin onların ailəsinə bir dəfə də zəng vurmadığını deyib: Marqarita pizza
“Yaşarın əşyaları oğurlanandan sonra kimlərdən dəstək gözləyirdimsə, onlardan dəstək görmədim. Mənə mənəvi təsir edən odur ki, dəstək gözlədiyim insanlardan niyə heç telefon zəngi belə görmədim? Mən heç kəsdən maddi dəstək gözləmirəm, sadəcə mənəvi dəstək istəyirəm. Heç olmasa, bir dəfə zəng edib soruşaydılar ki, Rəhimə xanım belə bir şey olubmu? Mən bunu gözləyirdim. Mədəniyyət Nazirliyi susur, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri susur, Teatr Cəmiyyəti susur... Bu insanlar nəyə görə orada oturublar?! Mən demirəm ki, gəlib cinayət işini açsınlar, sadəcə mənəvi dəstək olsunlar. Mən elə-belə yerdən çıxmış insan deyiləm axı. Heç olmasa mənə ürək-dirək versinlər. Heç kəsdən çəkinmirəm, qorxmuram. Mədəniyyət Nazirliyinə bir söz deyən kimi çıxıb deyirlər ki, biz Yaşar Nuriyə Əməkdar artist, Xalq artisti adını verdik, yubileyini keçirdik və s. Bunlar olub, amma onun sağlığında. Mən keçmişdən danışmıram, söhbət 2012-ci ildən sonra, Yaşar vəfat etdiyi vaxtdan gedir. Söhbət saymazlıq, səhlənkarlıqdan gedir. Yaşar Nuri dövlət mükafatı alırdı, o mükafatı faktiki olaraq 2012-ci ildən bəri kəsiblər. Mən 260 manat təqaüdlə dolanıram. Mənə zəng vurub soruşsunlar ki, axı nə baş verib? Bir telefon zənginə nə var ki? Bunu istəyən tək mən deyiləm, aktyorların əksəriyyətinin ailəsi bunu gözləyir. Mədəniyyət xalqın üzüdür, simasıdır, gələcək nəslin formalaşmasıdır”.
Əsmətxanım
Telegram kanalımız