Yük maşını mikroavtobusla toqquşdu, 15 nəfər yanaraq öldü

saytların hazırlanması

Evə çatdırılma

Yük maşını mikroavtobusla toqquşdu, 15 nəfər yanaraq öldü

Rəsmi

21 Sentyabr 2019 20:29 1484


İranın Gülüstan əyalətində mikroavtobus yük maşını ilə toqquşub. 15 nəfər həlak olub.

"Yeni Sabah" xəbər verir ki, hadisə bu gün Gülüstan əyalətinin Günbəd Kavus - İncə Burun magistral yolunda baş verib.

Hadisə nəticəsində mikroavtobusda olan 15 sərnişin həyatını itirib. Qəzadan sonra mikroavtobusda yanğın da meydana gəlib və sərnişinlərin hamısı yanaraq həlak olub. Hadisənin baş verməsinə səbəb kimi mikroavtobusun sürücüsünün yuxulu olması və qarşıdan gələn yük maşının yoluna çıxması göstərilir.  Dördpendirli pizza

Sərnişinlərin kimliyini müəyyənləşdirmək üçün ekspertiza təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!