YUNESKO-nun 25 illiyi

saytların hazırlanması

Evə çatdırılma

YUNESKO-nun 25 illiyi

Sosial

07 Mart 2019 17:48 784


6 martda Beynəlxalq Muğam Mərkəzində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş mədəni tədbir keçirilib.

"Yeni Sabah" xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdən öncə Muğam Mərkəzinin foyesində Qədim Musiqi Alətləri Dövlət Ansamblının çıxışı və DA incəsənət studiyasının gənc rəssamlarının ölkəmizin YUNESKO-nun müvafiq siyahısına daxil edilmiş qeyri-maddi mədəni irs nümunələrinə həsr edilən əsərlərindən ibarət sərgisi təqdim olunub. Marqarita pizza

Tədbirin əvvəlində Azərbaycan Dövlət Televiziyası və  YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə hazırladığı qısametrajlı film göstərilib. Filmdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti, Azərbaycan-YUNESKO əməkdaşlığının inkişaf mərhələləri, ölkəmizin əldə etdiyi uğurlar və digər məsələlər öz əksini tapıb.

Mədəni tədbirdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Komissiyanın üzvləri, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, eləcə də  mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!