“Yuxusuzluq məni öldürür, ağrılardan bezmişəm” - Xalq artisti

saytların hazırlanması

Evə çatdırılma

“Yuxusuzluq məni öldürür, ağrılardan bezmişəm” - Xalq artisti

Mədəniyyət

17 Avqust 2024 21:29 4901


Bu gün Xalq artisti Ənvər Həsənovun doğum günüdür.

73 yaşlı sənətkar "Qaynarinfo"ya arzularından danışıb:

"Ağrıyıram, hər gün iynə vurulur, dərman içirəm, beləcə vaxtımı keçirirəm. O qədər ağrıyıram ki, ad günümü də unuduram. Dostlar sağ olsun, gecədən zəng vurub təbrik edirlər. Bu yaşdan sonra adam özünə nə arzu edər? Heç nə arzulamıram. Hər yerim ağrıyır, yata bilmirəm. Yuxusuzluq məni öldürür. İnanın, ağrılardan bezmişəm. Ağrısız-acısız bir həyat arzulayıram. Bəlkə, bundan sonra yaxşı olaram". pizza

Ənvər Həsənov deyib ki, dostları onunla daim əlaqə saxlayır, səhhətini soruşurlar:

"Mən heç yerə çıxa bilmirəm, onlar gəlirlər. Allah yaxşı dostları var eləsin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!