Zakir Qaralov xəstəxanadakı ölüm hadisəsini nəzarətə götürdü

saytların hazırlanması

Evə çatdırılma

Zakir Qaralov xəstəxanadakı ölüm hadisəsini nəzarətə götürdü

Kriminal

30 Aprel 2019 14:42 1376


Baş prokuror Zakir Qaralov Mingəçevir şəhərində özəl xəstəxanada baş vermiş ölüm hadisəsini nəzarətə götürüb.

“Yeni Sabah” xəbər verir ki, Mingəçevir şəhər sakini Məcnun Məmmədovun “Şəfa” özəl tibbi diaqnostik klinikasının və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin həkimlərinin səhlənkarlığı ucbatından vəfat etməsi barədə mərhumun qardaşı Əhməd Məmmədovun müraciəti Mingəçevir Şəhər Prokurorluğunda araşdırılır.

Azərbaycan Respublikasının Baş prokuroru araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi üçün diaqnostik klinikanın və publik hüquqi şəxsin həkimləri tərəfindən Məcnun Məmmədova düzgün diaqnoz qoyulub-qoyulmaması, aparılmış müayinələrin, habelə xəstəyə tibbi yardımın qoyulmuş diaqnoza uyğun aparılıb-aparılmamasının yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə müəyyənləşdirilməsi məqsədilə Səhiyyə nazirinə müraciət edib.  Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!