Zaqatalada dəhşət: canavarlar 40 qoyunu parçaladı

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada dəhşət: canavarlar 40 qoyunu parçaladı

Rəsmi

14 Oktyabr 2019 07:14 1405


Zaqatalada canavarlar xırdabuynuzlu heyvanların saxlanıldığı fermaya hücum edib.

“Yeni Sabah” Unikal.org-a istinadən xəbər verir ki, hadisə rayonun Kəpənəkçi kəndində örüş yerindəki fermada baş verib.

Kənd sakinləri Abducəlil Abdurahmanov, Yusif İsayev və Sahib Qurbanovun birgə təsərrüfatına hücum edən yırtıcılar ümumilikdə 160 baş xırdabuynuzlu heyvandan 40-nı parçalayıb. Təsərrüfat sahiblərinin dediyinə görə, qısa müddətə fermadan evlərinə gəlmələrini fürsət bilən canavarlar qoyun sürüsünə hücum edib. 13 baş heyvanı yerindəcə öldürən canavarlar 30-a yaxınını yaralayıb.

Hadisə ilə bağlı baytar nəzarət xidmətinin əməkdaşlarına məlumat verilib. Xidmətin əməkdaşlarının nəzarəti aldında ölmüş heyvanlar basdırılıb və yaralanmış heyvanlara lazımi dava-dərman verilib. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!